Modern.az

Azərbaycanlı qızlar dünya çempionu oldular

Azərbaycanlı qızlar dünya çempionu oldular

Təhsil

14 Oktyabr 2011, 23:05

Qətərin paytaxtı Dohada qadınlardan ibarət voleybol klubları arasında dünya çempionatı keçirilib. Azərbaycanın “Rabitə” klubu finalda Türkiyənin “Vakifbank” klubuna 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Beləcə, "Rabitə" dünya çempionu adını qazanmaqla, Azərbaycan voleybolu tarixində ilkə imza atıb. “Rabitə” final oyununadək Tailandın “Çanq”, Braziliyanın “Osasco” və Dominikanın “Mirador” komandalarına qalib gəlmişdi.
Üçüncü yer uğrunda keçirilən oyunda isə finalçıların məğlub etdikləri “Osasco” və “Mirador” üz-üzə gəlib. Daha güclü oyun sərgiləyən Braziliyanın “Osasco” klubu 3:0 hesablı qələbə ilə dünya üçüncüsü olublar.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı