Modern.az

Deputat, AFFA-nın vitse-prezidenti də dözmədi: "Artıq millidə yerli məşqçi işləməlidir”

Deputat, AFFA-nın vitse-prezidenti də dözmədi: "Artıq millidə yerli məşqçi işləməlidir”

Təhsil

14 Oktyabr 2011, 23:21
Millinin hər oyunundan əvvəl və sonra mənə Berti Foqtsun milli komandada qalıb-qalmayacağı haqda suallar verirdilər. Mətbuat Foqtsun taleyinin necə olacağından xəbər tutmaq istəyir. Onda demişdim ki, Foqtsun müqaviləsi var. Onun millidə qalıb-qalmayacağına isə tək Rauf Əliyev və Rövnəq Abdullayev baxmır. Foqtsun işinə İcraiyyə Komitəsinin üzvləri qiymət verəcək. Təbii, vəziyyət o yerə çatdı ki, azarkeşlər komandadan inciyib, stadionu tərk etdilər”.

Modern.az-ın məlumatına görə, bu sözləri “Sport favorit” qəzetinə verdiyi müsahibədə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev deyib.

O qeyd edib ki, millinin oyununda narazı qalanlar meydançaya telefon atırlar: “Bütün bunlar gözlənilməz haldır. Günahı futbolçularda görürəm. Ancaq təkcə əsas deyil, eləcə də 17, 19 və 21 yaşlılardan ibarət milli komandalarımız da yaxşı nəticələr göstərə bilmir. Həmin komandalara da almanlar başçılıq edir.  

Bütün yaş qrupları üzrə yığmalarda islahatlar aparılmalıdır. Hamısının oyunları ciddi təhlil edilməlidir, kimlər işləyib və hansı futbolçular oynayıb. Artıq aşağı yaş qrupu üzrə milli komandalarada da yerli mütəxəssislər işləməlidir”.

R.Əliyev Foqtsa və onunla birgə işləyənlərə öz minnətdarlığımı bildiririb. Deyib ki, futbolçular və məşqçilər onlardan çox şey öyrəndilər: “Ümumi götürəndə, almanların təcrübəsi yüksək səviyyədədir. İK-in iclasında Foqtsun məsələsi müzakirə olunan kimi sözümü deyəcəyəm. O, iki seçmə mərhələdə komandaya başçılıq etdi.

Artıq millidə yerli məşqçi işləməlidir. Bütün yaş qrupları üzrə millilərdə də belə olmalıdır. Hər şey məndən asılı deyil. Ola bilsin ki, İcraiyyə Komitəsinin digər üzvləri onun qalmasını istədilər. Əgər daha çox səs yığsa, artıq heç nə edə bilmərəm. Ancaq məncə, komandanı yerli məşqçilərə tapşırsaq, daha yaxşı olar”.

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!