Modern.az

Bayram Səfərov: “Biz hər zaman Qarabağdakı erməni vətəndaşlarımızla danışmağa hazırıq”

Bayram Səfərov: “Biz hər zaman Qarabağdakı erməni vətəndaşlarımızla danışmağa hazırıq”

Qarabağ

15 Oktyabr 2011, 10:54

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsi təklifi ilə çıxış edib. 
Modern.az saytının məlumatına görə, Bahar Muradova bildirib ki, təklifin irəli sürülməsində məqsəd tərəflər arasında etimad yaratmaqa xidmət edir.

B.Muradovanın sözlərinə görə, ATƏT PA rəhbərliyi və ATƏT-in Minsk qrupunun həmsədrləri də bu təklifi dəstəkləyiblər.

Məsələyə Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərovdan münasibət gəlib.

Modern.az saytına danışan icma rəhbəri hər zaman Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə danışığa hazır olduqlarını bildirib: “Biz bütün zamanlarda dinc, yanaşı yaşamağın tərəfdarı olmuşuq. İndi Ermənistanın işğalçılıq siyasəti ucbatından məcburi köçkün həyatı yaşayırıq. Ancaq təbii ki, öz torpaqlarımıza qayıdacağıq”.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır