Modern.az

Etibar Əliyevlə ADP sədri arasında dava QIZIŞDI:  “Hafiz Hacıyevin qərargahının qabağına düşdün”

Etibar Əliyevlə ADP sədri arasında dava QIZIŞDI:  “Hafiz Hacıyevin qərargahının qabağına düşdün”

1 Oktyabr 2018, 22:44

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tanınmış təhsil eksperti Etibar Əliyev arasında qarşılıqlı ittihamlar davam edir. Modern.az xəbər verir ki,  partiya sədrinin Etibar Əliyevi spirtli içki aludəçisi olmaqda suçlasının cavabı özünü çöx gözlətməyib. Sərdar Cəlaloğlunun ittihamlarına Etibar Əliyev  belə cavab verib:

 

Yazır: “O adamın başı ancaq spirtli içki içməyə qarışıb. Yadında saxlaya bilmir ki, mən nə vaxt hansı sözü demişəm. Məsləhət görürəm ki, Etibar Əliyev özünün ayıq vaxtında araşdırma aparsın, mən belə söz demişəm, yoxsa yox”.

 

Cavab: Bu böhtana görə mən ona çox ağır cavab verərdim. Amma təəssüf ki, oxucuların da səviyyəsini nəzərə alıb, bunu etmirəm. Sərdar bəy! Bir az ağlın başında olsaydı, gərək Eynşteynin səhvini içkili vəziyyətdə tutaydın. Çünki bu gopçuluğa görə ağlı başında olan insanlar səni məsxərəyə qoyanda deyəydin ki, içkili olmuşam və nə dediyimi qanmamışam.

 

Yazır: Etibar Əliyevin psixoloji problemi də var. İşi-gücü ancaq hansısa fikirlərlə gündəmdə qalmaqdır. 3-4 ay Təhsil Nazirliyində hansısa xırda vəzifədə işləyib, indi  özünü təhsil eksperti adlandırır.

 

Cavab: 3-4 il bundan öncə Sərdar bəy Nobel mükafatı alacağını deyəndə, mən demişdim ki, bu adamın psixi durumu yerində deyi. İndi bu ifadəni mənə qaytarır. Fizikanın əlifbasını bilməyən adamın bu sahədən Nobelə iddialı olması birmənalı olaraq beyin pozulması ilə bağlıdır. Bu adamın böhtanı və yalanları lay-laydır. Mən Təhsil Nazirliyində 3-4 ay yox, sənin Rəsul Quliyevin ətrafında hərləndiyin dövrdən təxminən 4 dəfə cox müddət  işləmişəm.  Və biləsən ki, təhsil sahəsində ekspert institutunun yaranması mənim adımla bağlıdır.

 

Yazır: Bir dəfə çıxışlarının birində demişdi ki, Azərbaycan alimlərinin Nobel komitəsinin yanından belə keçməyə haqları yoxdu. Bu tərəfdən özünü hansısa sahə üzrə elmlər namizədi, alim adlandırır.

 

Cavab: Bunu da düz demişəm. Nobel Komitəsi Sərdar bəyi sapanda qoyub elə atdı ki, düz gəlib Hafiz Hacıyevin qərargahının qabağına düşdü.

 

P.S. Gülhanə Hərbi Tibb Akademiyasının anatomiya bölümündə asılmış lövhədən bu sözlər yazılıb: “Burda dirilər, ölülərdən öyrənir”. Sərdar Cəlaloğlu ixtisasca məhkəmə tibbi patoloq-anatomudur. Bu adam nə ölülərdən, nə də dirilərdən heç nə öyrənə bilmədi…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı