Modern.az

Türkiyənın "Avroviziya 2012»dəki təmsilçisi - Atiyə (FOTOLAR)

Türkiyənın "Avroviziya 2012»dəki təmsilçisi - Atiyə (FOTOLAR)

Reportaj

17 Oktyabr 2011, 12:08

2012-ci ilin may ayında Bakıda keçiriləcək «Avroviziya» mahnı yarışmasında Türkiyəni kimin təmsil edəcəyi bəlli olub. Modern.az saytının “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyəni bu yarışmada Atiyə təmsil edəcək.

Belə ki, qəzetin yazarı Tolqa Akyıldız bu barədə belə yazıb. “Bir müddət əvvəl bir şey eşitdim, inanmadım. Bu il “Avroviziya”da ölkəmizi Atiyənin təmsil edəcəyi dəqiqləşib. Qərarın belə tez verilməsində Atiyənin atasının xüsusi rolu olduğu qeyd olunur. Mənim fikrimcə, Atiyə Dəniz bu yarışmaya getməyə layiqdir və uğur da qazanacaq”. 

Müəllif daha sonra yazır: “TRT nümayəndəlinə özəl əlaqələr təsur etməz, elə deyilmi? Önəmli olan Türkiyənin əldə edəcəyi uğur və ən doğru namizədi seçməkdir. Yoxsa keçən il Atiyədən üz çevrildiyi halda, bu il belə tez Atiyəni seçmələri hamının təəccübünə səbəb ola bilər”.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?