Modern.az

Azercell-dən tələbələrə şad xəbər

Azercell-dən tələbələrə şad xəbər

Təhsil

17 Oktyabr 2011, 12:21

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC tələbələrin mobil rabitə ehtiyaclarını nəzərə alaraq ölkədə ilk dəfə bütün  tələbələr üçün “Tələbə 1-liyi” tarifini istifadəyə verdi. Azercell-in bu tarifindən bütün peşə məktəbləri və universitet tələbələri - bakalavr və magistr pilləsində təhsil alan gənclər yararlana bilər.

İndi tələbələr öz aralarında 1 dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı əldə edəcəklər. Ölkədaxili digər istiqamətlərdə isə 1 dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar. Bundan əlavə, tələbələr arasında ən populyar xidmətlərdən biri olan SMS-dən cəmi 2 qəpiyə, Mobil internet paketlərindən isə 20% endirimlə yararlanacaqlar.  

Tarifə qoşulmaq üçün tələbələr Müştəri Xidmətləri və Azercell Ekspres Ofislərinə yaxınlaşıb, sadəcə olaraq, tələbə biletlərini təqdim etməlidirlər.

Yeni “Tələbə 1-liyi”  tarifi bütün tələbələrimizə xeyirli olsun!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır