Modern.az

İqtisadi İnkişaf Nazirliyi jurnalistləri mükafatlandırdı (SİYAHI)

İqtisadi İnkişaf Nazirliyi jurnalistləri mükafatlandırdı (SİYAHI)

Media

17 Oktyabr 2011, 12:54

İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı KİV nümayəndələri arasında "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda elan etdiyi müsabiqəni yekunlaşdırıb.
Modern.az saytının məlumatına görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin nəıticələrilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
Çıxışlardan sonra İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri, müsabiqə komissiyasının sədri Samir Vəliyev qalib gələn jurnalistlərə diplom və pul mükafatı təqdim edib.

Birinci yerə (1 nəfər) 500 manat, ikinci yerə  (2 nəfər - hər biri üçün) 400 manat, üçüncü yerə (3 nəfər- hər biri üçün) 300 manat mükafat verilib. Daha 8 nəfərə həvəsləndirici (hər biri üçün 150 manat) mükafat verilib.

Modern.az qalib KİV nümayəndələrinin siyahısını təqdim edir:

I yer - İlahə Məmmədli (“Trend” İnformasiya Agentliyi);
II yer - Nicat Nəsirli (AzTV), Vasif Bayramov (“Xalq” qəzeti);
III yer - Sülhiyyə Şirinova (“Space” TV), Elbrus Cəfərov (“Yeni Azərbaycan”  qəzeti), Punhan Əfəndiyev (“Üç nöqtə” qəzeti), 

Həvəsləndirici mükafat alanlar:

Əfqan Qafarlı (Modern.az), Samirə Qüliyeva (AzərTac), Təbriz Vəfalı (“Həftə içi” qəzeti), Zülfiyyə Quliyeva (“Mərkəz ” qəzeti), İlkin Ağayev (“Palitra” qəzeti),  Asif Nərimanov (“Paritet” qəzeti), Əfsun Sucayev (“Üç nöqtə” qəzeti), Ülkər Nəbiyeva (“525-ci qəzet).

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü