Modern.az

Hansı deputatın işi sizi qane edir? - I SORĞU

Hansı deputatın işi sizi qane edir? - I SORĞU

17 Oktyabr 2011, 14:36


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olur. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı yeni sorğuya start verir. Bir neçə həftə davam edəcək sorğu müddətində hər dəfə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Əlifba sırası ilə ilk “15”lik:

1. Aqil Abbas
2. Aydın Abbasov
3. Rövnəq Abdullayev
4. Leyla Abdullayeva
5. Ağacan Abiyev
6. Yevda Abramov
7. Fəzail Ağamalı
8. İqbal Ağazadə
9. Elmira Axundova
10. Arif Alışanov
11. Sahib Alıyev
12. Mahir Aslanov
13. Novruz Aslanov
14. Rəbiyyət Aslanova
15. Hikmət Atayev

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?