Modern.az

Dmitri Medvedev İlham Əliyevi təbrik edib

Dmitri Medvedev İlham Əliyevi təbrik edib

Təhsil

17 Oktyabr 2011, 15:35

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Azərbaycan Prezidentinin rəsmi saytında yerləşdirilən təbrikdə deyilir:

- Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün respublika dinamik inkişaf edir, iqtisadiyyatda və sosial sahədə nəzərəçarpacaq uğurlar qazanır, regionda və dünyada xarici siyasi mövqelərini möhkəmləndirir. Bu əlamətdar gündə biz müasir demokratik dövlətin əsaslarının formalaşdırılması, Rusiya və Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox iş görmüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevə ehtiramımızı bildiririk.
Bu illər ərzində Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilmiş strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də möhkəmlənməsinə qarşılıqlı niyyətlərimizi xüsusi məmnunluqla qeyd etmək istəyirəm.
Əminəm ki, səmərəli siyasi dialoq, ticari-iqtisadi, investisiya, humanitar və digər sahələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxşaxəli ikitərəfli əməkdaşlığın dinamik inkişafına bundan sonra da kömək edəcəkdir.
Dost Azərbaycan xalqına səmimi qəlbdən sülh və tərəqqi arzulayıram.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı