Modern.az

İndiki deputatlar 20 il əvvəlki deputatlar barədə danışdılar

İndiki deputatlar 20 il əvvəlki deputatlar barədə danışdılar

Parlament

17 Oktyabr 2011, 15:43


Sabah Azərbaycan Respublikası Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edəcək.

Milli Məclisdə də müstəqilliyin bərpasının 20-ci illiyi ilə bağlı müzakirələr olacaq.

Ondiki parlamentin bir neçə deputatı həmin müzakirələrə “İstiqlalçı deputat”ların dəvət edilib-edilməməsi məsələsilə bağlı Modern.az saytına münasibət açıqlayıb.

Elmira Axundova: “Mənim üçün istiqlalçı deputatlar 43 deyil”

Millət vəkili Elmira Axundova bildirib ki, onun üçün əsas Müstəqillik bəyənnaməsinin qəbul edilməsidir: “Mənim üçün istiqlalçı deputatlar 43 nəfər deyil. 1991-ci il avqustun 30-da Ali Sovet Elmira Qafarovanın rəhbərliyi ilə Müstəqilik bəyənnaməsini qəbul edib. O bəyannamənin qəbulunda 360 deputat iştirak edib. Onların hamısı mənim üçün istiqlalçı deputatlardır. Onların arasında müxtəlif siyasi yönlü şəxslər var idi - dövlət adamları da, müxalifətçilər də, ayrı-ayrı hüquq-mühafizə işciləri də”. 

Elmira Axundova deyib ki, müstəqilliyin bərpasını qeyd etməkdə geçikirik. “Məncə biz  müstəqilliyi qeyd etməyə 30 avqustdan başlamayılıyıq. Bu sahədə özümüz-özümüzü iki ay dala atırıq. 30 avqustda müstəqillik haqqında Bəyannamə qəbul olundu və parlamentin bütün tərkib hissəsi onu qəbul etdi. Mənim üçün əsas olan budur”-deyə millət vəkili qeyd etdi.  

Mübariz Qurbanlı: “Bilmirəm...”

Millət vəkili Mübariz Qurbanlının isə sualımıza cavabı belə olub: “Bilmirəm, bu, mənim məsələm deyil, mənə aid sual deyil, sualı müvafiq adamlara yönəldin”.

Fazil Mustafa: “Onların bu iclasda iştirakı ölkədə keçmişə sayğının  nümünəsi olardı” 

Digər millət vəkili Fazil Mustafa isə istiqlalçı deputatların iştirakının tərəfdarı olduğunu söyləyib. “Biz bunu təklif edəcəyik, əgər iştirak etməsələr, irad kimi bildirəcəyik. Onların da iclasda iştirakı yaxşı olar. Onların iştirakı ölkədə keçmişə sayğnın  nümünəsi olardı”.




Sədaqət SÜLEYMANOVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?