Modern.az

Avropada ən çox çörək yeyən ölkələr - SİYAHI

Avropada ən çox çörək yeyən ölkələr - SİYAHI

4 Oktyabr 2018, 12:56

Dünya xalqlarının mədəniyyətində çörək çox vacib funksiyanı yerinə yetirir. Qida növü olmaqla yanaşı, çörək həm də bolluğun, zəhmətin və rifahın simvolu kimi də qəbul olunur. Xüsusən, Şərq xalqlarının mədəniyyətində çörəkdən gündəlik qida və müəyyən simvolik mərasimlərdə geniş istifadə olunur.

 

Buna baxmayaraq, statistika onu göstərir ki, düyüdən geniş istifadə olunan Çin kimi ölkədə belə çörəyin fərqli assortimenti mövcuddur.

 

Modern.az Avropada çörəkdən adambaşına ən çox istifadə edən ölkələrin reytinqini təqdim edir.

 

10. İtaliya – adambaşına ildə 51,7 kiloqram

İtaliyanın bu reytinqdə dünya 10-cusu olması ilk növbədə pizzadan geniş istifadə olunması ilə bağlıdır. Belə ki, pizzanın əsas elementi məhz buğda unudur.

 

9. Rusiya – adambaşına ildə 54,8 kiloqram

Rusiyada da çörəkdən istifadə ənənəsi geniş yayılıb. Bu dövlətin tərkibində çoxsaylı Qafqaz xalqlarının olduğunu nəzərə alsaq, statistika ümumiyyətlə bizi təəccübləndirməli deyil.

 

8. Belçika – adambaşına ildə 55,3 kiloqram

Şirniyyatları ilə dünyada məşhur olan Belçikada sakinlər bulkadan istifadə etməyi xüsusilə çox sevirlər. Yəni italyanlarda pizza olduğu kimi, belçikalılarda da bulka onları buğda unundan geniş istifadə etməyə sövq edir.

 

7. Almaniya – adambaşına ildə 55,7 kiloqram

Pivə və kolbasaları ilə dünyada məşhur olan almanlar çörək məmulatlarına da çox meyl salırlar. Belə ki, istər arpa, istər buğda, istərsə də qarğıdalı unundan hazırlanmış çörəklər mağazalarda çox satılır.

 

6. Fransa – adambaşına ildə 57,1 kiloqram

Fransa dünyada kulinariyanın əsas mərkəzi sayılır. Təsadüfi deyil ki, çörəklər arasında da fransızların məşhur baqeti populyardır.

 

5. Hollandiya - adambaşına ildə 62,1 kiloqram

Bu Qərbi Avropa ölkəsinin çörəyi də çox yüksək qiymətləndirilir. Hollandlar çörəyə şəkər və əlavə inqredientlər qataraq, onu daha dadlı edirlər.

 

4. Yunanıstan – adambaşına ildə 68 kiloqram

Qərb fəlsəfəsinin vətəni sayılan Yunanıstan da çörəkdən çox istifadə edən ölkədir. Bu çörək sevgisi onları dünyanın 4-cüsü edib.

 

3. Ukrayna – adambaşına ildə 88,9 kiloqram

Münbit və məhsuldar torpaqları ilə məşhur olan Ukraynada çörəyə böyük dəyər verilir. Məhz bu amilə görə ukraynalıların ilk “üçlük”də yer alması təəccüblü görünməməlidir.

 

2. Bolqarıstan – adambaşına ildə 95,2 kiloqram

Bolqarıstanda çörək sevgisi 5 əsr əsarətləri altında olduqları Osmanlı İmperiyasından qalıb. Sadə bolqar ailəsində çörək hər səhər, günorta və axşam süfrənin başında olmalıdır.  

 

1. Türkiyə - adambaşına ildə 104,3 kiloqram

Reytinqin favoriti Türkiyədə çörək müqəddəslik simvoludur və çoxsaylı çeşidlərə malikdir. Türklərdə çörək sevgisi o qədər güclüdür ki, buna görə onlar hətta Ginnesin Rekordlar Kitabına da düşüblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi