Modern.az

Deputat açılış mərasimində iştirak edib

Deputat açılış mərasimində iştirak edib

Təhsil

17 Oktyabr 2011, 16:49

103 saylı Gədəbəy seşki dairəsindən millət vəkili Sevinc Hüseynova Gədəbəy rayonunun Arıqdam kəndində yeni tikilmiş məktəb binasının açılışında iştirak edib.
Bu barədə Modern.az-a deputatın qərargahından məlumat verilib. Bildirilib ki, 15 sinif otağından ibarət yeni məktəb binası Azərbaycan İnnterneyşnl Mayninq Kompani Limited şirkətinin dəstəyi və təşəbbüsü ilə tikilib. Açılış mərasimi dövlət müstəqilliyinin bərpasının 20 illiyinə təsadüf edib.

Tədbirdə millət vəkili Sevinc Hüseynova ilə yanaşı, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə və Azərbaycan İnnterneyşnl Mayninq Kompani Limited Şirkətinin prezidenti Reza Vəziri iştirak edib.
Tədbir iştirakçıları kənd sakinlərini yeni məktəb binasının açılışı münasibətilə təbrik edərək respublikada və Gədəbəydə aparılan tikinti quruculuq işlərinə görə də Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Kənd sakinləri məktəb binası ilə bağlı diqqət və qayğıya görə Azərbaycan İnnterneyşnl Mayninq Kompani Limited Şirkətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekun hissəsində rəmzi qırmızı lent kəsilib və yeni məktəb binası istifadəyə verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi