Modern.az

Deputatlar Bakı Avrasya Universitetində (FOTO)

Deputatlar Bakı Avrasya Universitetində (FOTO)

17 Oktyabr 2011, 17:22

Bu gün Bakı Avrasya Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bər-pasının 20-ci ildönümü münasibəti ilə təntənəli tədbir keçirilib.
Universitetin rektoru professor Nazim Hüseyinli qonaqları – millət vəkilləri Qənirə Paşayeva və Məlahət İbrahimqızını professor-müəllim və tələbə heyəti adından salamlayıb, iştirakçıları müstəqillik günü münasibəti ilə təbrik edərək, diqqəti müstəqillik illərində Azərbaycan təhsilinə töhfələri, Avrasya Universitetinin uğurları, ümumən elm-təhsil sektorunda baş vermiş yeniliklər, qarşıda duran vəzifələr barədə danışıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva müstəqilliyin mahiyyəti, dövlətin müstəqillik yollarında keçdiyi çətin yollar, bu yolda verilən qurbanlar barədə fikirlərini bölüşüb.
Qənirə Paşayeva bu gün hər bir Azərbaycan vətəndaşının, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın respublikamızın tərəqqisi üçün çalışması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün öz üzərlərinə mənəvi məsuliyyət düşdüyünün fərqində olması haqqında fikirlərini bildirib.

Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən millət vəkili Məlahət İbrahimqızı da müstəqilliyimizin böyük nemət olduğunu, müstəqil respublikada yaşamağın böyük qürur qaynağı olduğunu bildirib.


Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı