Modern.az

Jurnalistlərə etik prinsiplər öyrədilib

Jurnalistlərə etik prinsiplər öyrədilib

Təhsil

17 Oktyabr 2011, 17:40

Oktyabrın 10-dan-15-nədək Bakı  və Masallı şəhərlərində  jurnalistlər üçün  “Jurnalist  təhlükəsizliyinin təmin edilməsində yeni metodlar”  mövzusunda 2 seminar təşkil edib. Təlimlərə 21 KİV redaksiyasından 28 nəfər jurnalist qatılıb.
“Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində keçirilən təlimlərdə Bakıda fəaliyyət göstərən,  ümumrespublika yayımlı 12 aparıcı KİV redaksiyasından  (İctimai TV, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzeti,
“Kaspi” qəzeti,  “İki sahil” qəzeti,  Lent.az saytı,  “Yeni Liqa” qəzeti, “Səs” İnformasiya Agentliyi,  “Meredian” qəzeti, “Palitra” qəzeti, “Paritet” qəzeti, “Həftə içi” qəzeti ) 12 nəfər jurnalist qatılıb.

Masallı  Şəhərində keçirilən təlimlərə isə Azərbaycanın Cənub  bölgəsində fəaliyyət göstərən 9 aparıcı KİV redaksiyasından (İctimai TV Cənub Regioanl Bürosu, “Space”  TV Cənub Regioanl Bürosu,  “Lider” TV Cənub Regioanl Bürosu,   CTV-Lənkəran TV, “Lənkəran” qəzeti,  “Yeni Həyat” qəzeti, “Cənub xəbərləri” qəzeti,  “Yeni gün” qəzeti, “Münasibət” qəzeti,) 14 nəfər jurnalist, həmçinin, 2 yeni media təmsilçisi- blogger qatılıb.

Beləliklə, oktyabrın 10-dan -15-dək Masallı və Bakı şəhərlərində  keçirilən “Jurnalist  təhlükəsizliyinin təmin edilməsində yeni metodlar” mövzusunda 2  təlimə ümumiləkdə 21 KİV redaksiyasından 28 jurnalist qatılıb ki, bunlardan 8 nəfəri qadın
jurnalistlər olublar.

Masallı  və  Bakıda  keçirilən təlimlərin hər biri 3 gün davam edib. Beynəlxalq Jurnalistlər Federasiyasından  olan  beynəlxalq ekspertlər  yerli jurnalistlərə onların təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər.  Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib.

“Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları  ilə tanış etmək və bu sahədə onların biliklərini  artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır.
İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər. Biz bu təlimləri paytaxt Bakı ilə yanaşı Azərbaycanın bölgələrində də keçiririk ki, Azərbaycan jurnalistlərinin bütün təbəqələrini təhlükəsizlik bilgiləri ilə təmin edə bilək. Öncə belə tədbirlər Tərtər şəhərində, müharibə bölgəsində çalışan jurnalistlər üçün keçirilib”-bu
sözləri Jurnalsitlərin Həmkarlar İttifaqının sədri,  “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsinin  koordinatoru Müşfiq Ələsgərli deyib.
 
Bu iki təlim Beynəlxalq Jurnalistlər Federasiyasının  Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və “Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”  ilə birgə başlatdığı “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində baş tutub.
“Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası” na  Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalstlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və “Ruh”  Jurnalistlərin Hüquqlarını  Müdafiə  Komitəsi daxildir.  Etik Jurnalistika Təşəbbüsləri  Azərbaycan layihəsi  Avropa Komissiyasının  Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki
illik layihədir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir