Arxiv
5 Oktyabr 2018, 17:09 | TƏHSİL
Ağbirçək pedaqoq: “Müəllimi 65 yaşında təqaüdə çıxarmaq, onu ölümə göndərməyə bərabərdir” - MÜSAHİBƏ

Bu gün – 5 oktyabr Beynəlxaq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

 

Modern.az bu münasibətlə ağbirçək pedaqoq, kimya müəllimi Alidə Məhərrəmovadan aldığı müsahibəni təqdim edir.  

 

- Alidə müəllimə, bayramınız mübarək! İlk olaraq, özünüz haqqında bir az danışaq.

 

- Təşəkkür edirəm təbrik üçün. 1954-cü ildə anadan olmuşam. Kimya müəlliməsiyəm. Artıq 41 ildir, müəllim olaraq çalışıram. Hazırda 38 nömrəli tam orta məktəbdə çalışıram. Əlavə olaraq, evdə hazırlaşmaq üçün müraciət edən şagirdlərimlə məşğul oluram.

 

- Bu gün tələbələriniz bayramınızı necə təbrik etdilər?

 

- Şagirdlərimiz xoş duyğularla müəllimlər günümüzü qutladılar. Biz təmənnasız öz biliyimizi şagirdlərə öyrədən müəllimlərdənik. Şagirdlərimizin uğurları, nailiyyətləri, cəmiyyətə yararlı insan kimi yetişməsi bizim üçün elə ən böyük hədiyyə, mükafatdır. Ona görə, şagirdlərin bir kəlmə ilə günümüzü təbrik etməsi yetərlidir.

 

- Artıq orta məktəblərdə işə qəbul imtahan sistemi ilə həyata keçirilir. Bu prosesi necə qiymətləndirirsiniz?

 

- Mən diaqnostik qiymətləndirmədə 80 faizdən yuxarı nəticə göstərmişəm. Buna baxmayaraq, hesab edirəm ki, ali məktəb, institut bizə müəllimlik diplomu verirsə, imtahana ehtiyac yoxdur. Biz müəllimlər praktika da keçib, müəllimliyə layiq görülmüşük. Ola bilər, müəllim imtahanda həyəcanlansın, savadını yüksək səviyyədə göstərə bilməsin. Bu o demək deyil ki, həmin müəllim savadsızdır.

Məncə, indi savadsız müəllim olduqca azdır. Elə zamandır ki, müəllim biliklərini təkmilləşdirmədən sinfə daxil ola bilmir. Bu, müəllimin özü üçün də yaxşı deyil. Çünki şagirdlər istedadlıdır, internet əsridir, hər şeydən məlumatlıdırlar. Onlara dərs deyə bilmək üçün müəllim öz üzərində daim çalışmalı, ixtisasını mükəmməl bilməli, məntiqini, dünya görüşünü inkişaf etdirməlidir.

 

- Orta məktəb təhsilində çatışmazlıq nədir?

 

- Ən başlıca problem dərsliklərdir. Sovet dövrünün dərslikləri ilə indiki dərsliklər tamamilə təzad təşkil edir. Məsələn, elə kimya fənnindən bəzi mövzuları, ən savadlı, təcrübəli müəllim belə uşaqlara mənimsətməkdə çətinlik çəkir. Əsas problem, dərsliyin dilinin çətin olmasıdır. Ona görə, mövzuları təkrar-təkrar keçməyə məcbur oluruq. Hazırda keçmiş dərs sistemi və kurikulum arasında keçid dövrünü yaşayırıq. Zənnimcə, çətinliklər də məhz buradan qaynaqlanır. Bu, tədricən yerinə oturmalıdır.

 

- Mükəmməl müəllimi necə təsvir edərdiniz?

 

- Müəllim etalon nümunə olmalıdır. Savadına, geyiminə, davranışına, mənəviyyatına, dünya görüşünə görə şagirdlər üçün örnəkdir. Tədris etdiyi fənnini mükəmməl bilməli, şagirdləri sırf dərsə yönəltməlidir. Dərslərini elə qurmalıdır ki, müasir dövrün bütün tələblərinə cavab versin, texnoloji biliklərdən, inkişafdan geri qalmasın.  

 

- Əksər müəllimlərimiz onlara diqqətin lazımi səviyyədə olmamasından şikayətlənir. Sizcə də belədir?

 

- Razı deyiləm. Heç bir müəllim maaşa göz dikib dərs deməməlidir. Məsələn, mən çox az maaş alsam da, bilirəm ki, həmin maaşın növbəsinə duranlar da var. Bunu yaddan çıxartmamalıyıq. Təmənnasız biliyimizi öyrətməyə çalışmalı, ən yaxşı formada dərsimizi keçməliyik. Müəllimin maaşından şikayət etməsi onun xarakterindən də asılıdır. Elə müəllim var, 1000 manat maaş da alsa, razı qalmır.

Hər bir sənət sahibini müəllim yaradır, müəllimi isə Allah. Bir ölkəni ancaq savadı ilə tanıyırlar.

 

- 41 ildir, müəllim kimi fəaliyyət göstərirsiniz. Təqaüdə necə çıxacaqsınızmı?

 

- Ömrü boyu çalışmış insanı 65 yaşında təqaüdə çıxarmaq, ona “otur ölümünü gözlə” deməyə bərabərdir. Savadı olan, çalışmaq istəyən, tibbi durumu buna imkan verən bu yaşda işindən uzaqlaşdırmaq yaxşı deyil. Ona görə, orta məktəb, müəllim kadrlarının fəaliyyəti, dərs sistemi təkmilləşdirilməlidir.

 

- Təqaüdə çıxan müəllimlər, elə çalışanlar da şagirdlərin, tələbələrin onları yada salmamasından narazılıq edirlər. Sizin də belə təəssüratlarınız varmı?

 

- Kiminsə müəllimini yada salmaması onun ailə tərbiyəsindən irəli gəlir. Mənim 10 il əvvəl məktəbi bitirən şagirdlərim var ki, hələ də zəng edirlər. Ancaq heç kimi məcbur edə bilmərik ki, bizi yada salsınlar, bayramlarda təbrik etsinlər. Bu, hər kəsin daxilindən gələn istək olmalıdır.

 

- Son olaraq, gənc müəllimlərə tövsiyələrinizi dinləmək maraqlı olardı.

 

- Müəllimlər şagirdlərin əlinə baxmasınlar. Üzərlərinə düşən vəzifəni layiqincə, təmənnasız yerinə yetirməyə çalışsınlar. Müəllimliyi yüksək qiymətləndirib, haqqını versinlər.

 

Aysel ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Alman polisi qardaşımı  şübhəli şəxs qismində saxlayıb" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgədində yerləşən məktəblilər üçün təlimlər keçirəcək - FOTO 14 Noyabr 2019, 17:46 İlham Əliyev onlara fəxri adlar verdi 14 Noyabr 2019, 17:45 Novruz Aslanov müğənniləri müdafiə etdi 14 Noyabr 2019, 17:39 Asim Mollazadə miqrant alverindən danışdı: “Xoşagəlməzdir” 14 Noyabr 2019, 17:30 İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib - FOTO 14 Noyabr 2019, 17:25 Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib 14 Noyabr 2019, 17:22 Almaniya Azərbaycanlıları Alyansından mühacir alverçiləri ilə bağlı BƏYANAT  14 Noyabr 2019, 17:16 Prezident bu sazişləri təsdiq etdi 14 Noyabr 2019, 17:08 Prezident İlham Əliyev: “Münaqişənin həlli üçün yeganə yol...” 14 Noyabr 2019, 17:00 İlham Əliyev Mahmud Abbası təbrik edib 14 Noyabr 2019, 16:55 Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib 14 Noyabr 2019, 16:53 Türkiyə Suriyada yeni hərbi baza inşa edir 14 Noyabr 2019, 16:39 Goranboyda 54 evə qaz verildi - FOTO 14 Noyabr 2019, 16:32 Daha bir qrup müəllimin maaşı artırıldı 14 Noyabr 2019, 16:31