Modern.az

Deputat Sevinc Hüseynova: “Bunları biri-birindən ayrı təsəvvür etmək mümkün deyil”

Deputat Sevinc Hüseynova: “Bunları biri-birindən ayrı təsəvvür etmək mümkün deyil”

Parlament

18 Oktyabr 2011, 10:54

Modern.az birinci dəfə deputat seçilmiş şəxslərin qanunvericilik prosesində iştirakını, bu prosesdə nəyə üstünlük verdiklərini öyrənmək üçün onlara konkret suallarla müraciət edir. Qeyd edək ki, deputatlar Elxan Süleymanov, Ceyhun Osmanlı, Sevinc Fətəliyeva, Etibar Hüseynov, Kamilə Əliyeva, Musa Qasımlının fikirləri artıq saytımız vasitəsilə oxuculara təqdim olunub. Bu dəfə 103 saylı Gədəbəy seçki dairəsindən deputat, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova Modern.az saytına müsahibə verib.

- Sevinc xanım, necə hesab edirsiniz, Azərbaycanda aparılan islahatlar hansı sahədə daha vacibdir?

- Mustəqilliyin 20-illiyini qeyd edən ölkəmizin surətli inkişafına yönəlmiş butun sahələr uzrə aparilan islahatlar vacibdir. Bu, duşunulmuş və artıq özunu doğrultmuş  tədbirlər sistemidir, məqsədi isə Azərbaycanımızı daha güclu etmək,onun vətəndaşlarının rifahını daha da yuksəltməkdir.

- Siz Milli Məclisin deputatı kimi daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?

- Hər ikisinə. Deputat olaraq bunları biri-birindən ayırmaq, ayrı təsəvvür etmək mümkün deyil. Hər ikisi deputatın işidir.

- Sizin ücün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək maraqlidir, yoxsa plenar iclaslarda iştirak etmək?

- Həm komitədə, həmdə plenar iclasda.

- Vətəndaşlarla işdə ən vacib məsələ nədir?

- Daha cox təmasda olmaq, muracitlərinə diqqətlə yanaşmaq, onaları narahat edən məsələlərin həllinə yardımçi olmaq, qanunvericiliyə uyğun tələblərini həll etmək, lazimi hüquqi məsləhət vermək.

- Bəs, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?

- Vətəndaş cəmiyyətinin əksər hissəsinin marağını əks etdirən layihələrlə baglı komitələrdə dinləmələrin kecirilməsi təcrubəsi var. Məsələn, üzvü olduğum Sosial siyasət komitəsində belə dinləmələr kecirilir və cox səmərəli  olur.

- Sizcə, qanun layihələrinin müzakirələri harada keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?

- Hər ikisində.

- Tədqiqat mərkəzləri və QHT-lər tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını səmərəli hesab edirsinizmi?

- Qanunvericilik təşəbusulə ilə çıxış edən huquqi subyektlər Azərbaycan Respublikasının Konstitusiyası ilə muəyyən olunub. Tədqiqatl mərkəzləri və QHT-lər tərəfindən verilmiş təklifin vətəndaş cəmiyyəti ucun səmərəli və məqsədə muvafiq olması aidiyyatı uzrə komitədə muəyyən olunur. Təbii ki, səmərəli olanlar səmərəli hesab olunmalıdır.

- Deputat köməkçilərində vacib bacarıqlar hansılar olmalıdır?

- Seçicilərlə unsiyyət yaradaraq onların  inamını qazanmaq.

- Seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox istifadə edirsiniz?

- Qəbul və goruşlərin keçirilməsi, muraciətlərin araşdırilması...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?