Modern.az

"Azərsu" Nizami və Xətai rayonlarına verilən içməli suyu kəsir

"Azərsu" Nizami və Xətai rayonlarına verilən içməli suyu kəsir

Təhsil

18 Oktyabr 2011, 11:17


Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır. Bu məqsədlə Bakı şəhərinin şərq hissəsində yerləşən + 69 Şərq su anbarında yeni çəkilmiş xətləri şəbəkəyə qoşulur. Bununla  əlaqədar  oktyabrın 18-nə keçən gecədən başlayaraq gün ərzində Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər olacaq.  Qoşulma işlərinin bu gün axşam saatlarında – saat 19.00-20.00-da  başa çatdırılması nəzərdə tutulur.

"Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” Səhmdar Cəmiyyəti abonentlərdən üzrxahlıq edir" deyə qurumun açıqlamasında bildirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi