Modern.az

Milli Məclisin xüsusi iclası keçirilir

Milli Məclisin xüsusi iclası keçirilir

Təhsil

18 Oktyabr 2011, 11:35

Bu gün Milli Məclis Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan xüsusi iclas keçirir.
Modern.az-ın məlumatına görə, bu saatlarda iclas artıq başlayıb. Bu, Milli Məclisin payız sessiyasının ikinci iclasıdır. İclas Azərbaycan Respublikasının himninin səsləndirilməsilə başlayıb. 
İlk sözü spiker Oqtay Əsədov söyləyib. Milli Məclisin sədri Azərbaycanın müstəqilliyinin qazanılmasında keçilən yoldan danışıb. Sonra dövlət müstəqilliyinin bərpasına dair film nümayiş etdirlib. 
İclasda müstəqilliyimizin bərpasının 20 illiyilə bağlı çıxışlar olacaq, eyni zamanda parlamentin bununla bağlı təbriki səsləndiriləcək.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı