Modern.az

Deputat bir kəndin problemini həll etdi

Deputat bir kəndin problemini həll etdi

Təhsil

18 Oktyabr 2011, 11:40

Uzun  illər  idi  ki, Quba  rayonunun minillik  tarixi  olan Möhüc kəndində  su  problemi  mövcud  idi. Yerli  əhali  suyu  çaydan  müxtəlif qoşqu  vasitələrindən  istifadə  etməklə  kəndə  daşıyırdı. Sonuncu parlament seçkiləri  öncəsi, Möhüc  kəndində  keçirilən  görüş  zamanı bu  problemlə  bağlı  deputat Vahid Əhmədova  müraciət  olunmuşdu. Nəhayət millət  vəkili  Vahid  Əhmədovun  şəxsi  vəsaiti  və  yerli sakibkarların  köməyi  ilə   iki  km. məsafədən  kəndə  su  xətti çəkilərək, bulaq  kompleksi  istifadəyə  verilib. Deputatın köməkçisi Arif Orucovun Modern.az-a bildirdiyinə görə, oktyabrın 17-də  bu  münasibətlə  kənddə  tədbir  keçirilib. Millət  vəkili  ilə yanaşı,  açılışda  rayonun  və  kənd  ictimaiyyətinin  nümayəndələri iştirak  edib.





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir