Modern.az

“20 ildən sonra Çinin, Rusiyanın neft ehtiyatı qurtaracaq” - Şahzadə PROQNOZ verdi

“20 ildən sonra Çinin, Rusiyanın neft ehtiyatı qurtaracaq” - Şahzadə PROQNOZ verdi

İqtisadiyyat

6 Oktyabr 2018, 13:47

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd Əl Saud yaxın gələcəkdə neft hasilatçılarının sayının kəskin azalacağını proqnozlaşdırır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, Rusiya və Çin neft hasilatını yaxın illərdə tam dayandıracaq.

 

“2030-cu ilə qədər neft hasilatı hər il 1%-1,5% artacaq. Bəziləri isə düşünür ki, hasilat azalacaq. Mənim hesablamalarıma görə isə neft hasilatı tam yox olacaq”-deyə Əl Saud deyib.


“Hesablamalarımıza görə, Çin yaxın 5 ildə neft hasilatını kəskin azaldacaq və ola bilsin 20 il sonra neft çıxaran ölkələr siyahısından tam itsin. Digər ölkələri də eyni tale gözləyir. Məsələn, Rusiya sutkalıq 10 milyon barel yerinə 20 il sonra çox az neft çıxaracaq və neft bazarında yerini itirəcək”.

 

Şahzadənin fikrincə, gələcəkdə Səudiyyə Ərəbistanına neft bazarında heç bir təhlükə yoxdur.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır