Arxiv
7 Oktyabr 2018, 16:06 | İQTİSADİYYAT
Azərbaycanlılar daha çox çörək yeməklə avropalıları geridə qoyur - STATİSTİKA

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 350 qram çörək yeyir.

Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir. 

Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a azərbaycanlıların dünyada ən çox çörək yeyən xalqlar sırasında olduğunu təsdiqləyib:

“Mən bu yaxınlarda ən geridə qalmış ölkələrdə-Taylandda, İndoneziyada, Hindistanda olmuşam. Hansı ki, bu ölkələrdə insanlar hətta küçələrdə yatırlar. Amma orada insanalrın ac qalmamaq üçün çox çörək yediklərinə rast gəlməmişəm. Onlar qida rasionlarında düyüyə üstünlük verirlər”.

E.Hüseynov azərbaycanlıların israfçı xalq olduğu qənaətindədir:

“Bizimkilər çörəyi israf edən xalqlar sırasındadır. Çörəyə and içir, “Qurani-Kərimə” bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır”.


Hüquq müdafiəçisi qida rasionunda çörək miqdarının minimuma endirilməsini məsləhət görür:

“Əhali bilməlidir ki, hazırkı zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə təsir edir. Eyni zamanda, insanlar arasında daha bir səhv isti çörəyə üstünlük verilməsidir. İsti çörək mədə-bağırsaq sisteminin düşmənidir. Bu problemlər həll olunmalıdır. Çörək soyuq halda və minimum şəkildə istehlak edilməlidir.

Mən özüm son 5 ildə çörəkdən imtina etmişəm. “Qurani-Kərim”də deyilir ki, süfrədən doymamış qalxın”, bəziləri isə “çörəksiz yeyəndə doymuram” deyir. Səhv də burdadır. Məzh o doymamaq fikri insanları daha çox çörək yeməyə sövq edir.

Bir haşiyə açım: Deməli, 1970-74-cü illərdə Almaniyada hərbi xidmtədə idim. Bir gün komandir bütün alayı yığdı. Gördük ki, bir gündə hərbi hissədən atılan çörəklərdən taya düzəldilib. Bizim hamımızı fərəqət rejimində o tayanın başına fırlatdı. Dedi ki, alaydan bu qədər çörəyin atılması böyük israfçılıqdır. Xristinaların bu hərəkətini hələ də xatirimdən çıxara bilmirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25