Modern.az

Saakaşvilinin partiyası qalib gələcək -PROQNOZ

Saakaşvilinin partiyası qalib gələcək -PROQNOZ

Dünya

9 Oktyabr 2018, 00:21

“Edison Risörc” adlı beynəlxalq şirkət Gürcüstanda prezident seçkiləri öncəsi sorğu keçirib. Modern.az oxu.az-a istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 31 faizi Mixail Saakaşvilinin lideri olduğu partiyanın namizədi Qriqol Vaşadzeyə səs verəcəyini açıqlayıb.

 

İkinci yeri hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili (16 faiz) tutub. “Avropalı Gürcüstan” partiyasının namizədi David Bakradzeyə isə respondentlərin 15 faizi səs verəcəyini açıqlayıb.

 

Qeyd edək ki, “Edison Risörc” ötən ilin oktyabrında Tiflis meri vəzifəsinə seçkilərin nəticəsini düz proqnozlaşdırmışdı. O vaxt seçkidə hakim partiyanın namizədi Kaxa Kaladze qalib gəlmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir