Modern.az

“Uşaq ili” çərçivəsində görülmüş işlərlə bağlı yekun konfrans keçirilib

“Uşaq ili” çərçivəsində görülmüş işlərlə bağlı  yekun konfrans keçirilib

8 Dekabr 2009, 13:55

Dekabrın 8-də Gənclər üçün Təhsil Mərkəzi “Uşaq ili” çərçivəsində gördüyü işlərə yekun vurmaq, eləcə də görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə konfrans keçirib.

Modern.az xəbər verir ki, konfransda Gənclər üçün Təhsil Mərkəzinin həm Bakı şəhərində, həm də rayon və kəndlərdə uşaqlarla bağlı həyata keçirdiyi fəaliyyətlərə həsr olunmuş geniş təqdimatlar edilib.

Mərkəz bu il ərzində uşaq məsələləri ilə bağlı 11 layihə həyata keçirib ki, onlar əsasən uşaq hüquqlarının təbliğinə, dərsdən sonrakı asudə vaxtların səmərəli təşkilinə, mədəniyyət təşəbbüslərinin inkişafına və sağlamlığın təbliğinə həsr olunub.

Konfrans zamanı “Uşaq ili” çərçivəsində görülmüş nümunəvi işlərdən biri kimi Füzuli rayonu 4 saylı Qayıdış qəsəbəsində yaradılmış “Şagird İnkişaf Komitəsi” göstərilib.

Eyni zamanda Mərkəzin sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı həyata keçirdiyi sosial qayğı tədbirləri haqqında da iştirakçılara məlumat verilib.

Konfransda iştirak edən beynəlxalq təşkilat və QHT nümayəndələri Mərkəzin uşaq problemlərinin həlli sahəsində gördüyü işləri yüksək qiymətləndirib və bu işlərdə digər qurumların da dəstək verməsini tövsiyyə ediblər.

Sonda bir neçə ay bundan əvvəl həyata keçirilmiş bir neçə müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir