Modern.az

Kim Çen In siyasi kursunu 180 dərəcə dəyişir 

Kim Çen In siyasi kursunu 180 dərəcə dəyişir 

9 Oktyabr 2018, 12:07

Şimali Koreya lideri Kim Çen In ölkəsini sürətlə beynəlxalq sanksiyaların təsiri altından çıxarır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 7-də ABŞ dövlət katibi Mayk Pompeo ilə keçirilən görüş bunu bir daha sübut edib.


Belə ki, tərəflər danışıqlar apararaq, Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə razılıqları bir daha təsdiqləyiblər.

 

“Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüm çox uğurlu keçdi. Biz Sinqapurda Trampla Kim Çen In arasında əldə olunmuş razılaşmaları saxlamaq barədə razılaşdıq”-deyə dövlət katibi bildirib.

Danışıqlar 2 saat davam edib. ABŞ nümayəndə heyətinin üzvü budəfəki danışıqların əvvəlkindən daha uğurlu keçdiyini xatırladıb.

Dialoqun əsası Trampla Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçirilən görüş zamanı qoyulub. Sammitdə imzalanan müqavilənin bəndlərindən biri Koreya yarımadasının nüvəsizləşdirilməsini nəzərdə tutur.

 

Rəsmi Pxenyan amerikalı müfəttişlərin Pxunqeri poliqonunda nüvə sınaqlarının keçirildiyi ərazini də gözdən keçirəcək. Bundan başqa, Mayk Pompeo ilə Kim Çen In Donald Trampla yeni danışıqların təşkil olunmasını da müzakirə ediblər.

 

Şimali Koreyaya 4-cü səfərindən sonra  Pompeo Cənubi Koreyaya səfər edərək, prezident Mun Çje İnlə də görüş keçirib.

Ekspertlərin fikrincə, Şimali Koreya lideri Trampa güzəştə gedir. Xüsusən, Pxunqeri poliqonunda yoxlamaların keçirilməsi rəsmi Pxenyanın münasibətləri stabilləşdirməyə çalışdığını göstərir.  

 

Tramp da Pompeo ilə Kim Çen arasında görüşə reaksiya verərək, öz razılığını ifadə edib.

“Pompeo  Koreya lideri ilə Pxenyanda yaxşı görüş keçirib. Sinqapur sammitində əldə olunmuş irəliləyiş alqışlandı. Yaxın vaxtlarda Kimlə yeni görüş gözləyirəm”.

Cənubi Koreya prezidenti Mun Çje İn öz növbəsində bu danışıqları uğurlu adlandırıb.

 

ABŞ-Şimali Koreya yaxınlaşması fonunda Şimali Koreya lideri Kim Çen Inın Moskvada Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi anonsu verilib. Tərəflərin ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.

 

Paralel olaraq, Kim Çen Inla Çin sədri Si Tzinpin arasında da görüş keçiriləcək. Kommunist liderlərinin ikitərəfli münasibətləri gözdən keçirəcəkləri xəbər verilir.

 

Baş verənləri rəsmi Pxenyanın qonşu ölkələr və Qərblə münasibətlərdə müsbətə doğru addım atmağı və özünütəcrid siyasətindən vaz keçməyi kimi də qəbul etmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi