Arxiv
9 Oktyabr 2018, 14:14 | MƏDƏNİYYƏT
AQTA maarifləndirir - Dünyada hər 9 nəfərdən 1-i aclıq çəkir  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Ümumdünya Qida Günü” haqqında olacaq.


Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməməsi əsas problemlərdən biri hesab olunmaqdadır. Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq, bitkiçilik sahəsinə aid olan bir sıra problemləri həll etməklə əhalinin çörək və çörək məmulatlarına olan təlabatını və gələcəkdə böhran hallarında baş verə biləcək ərzaq təhlükəsizliyi və qida çatışmazlığını aradan qaldırmaq, eyni zamanda heyvandarlığın qaba yemə olan təlabatının ödənilməsində mühüm addımların atılmasını və tədbirlərin görülməsini zəruri edir. Əhali arasında sağlam qida və düzgün qidalanma, həmçinin israf hallarının aradan qaldırılması, təkrar emal prosesinin inkişafı, yeni istehsal üsullarının tədqiqi və təbliğatının aparılması istiqamətində maarifləndirici tədbirlərin davamlılığını təmin etmək qarşıya qoyulmuş ən vacib məsələlərdəndir.


Qeyd edək ki, hər il 16 oktyabr tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun təsis olunduğu gün “Ümumdünya Qida Günü” kimi qeyd edilir. Bundan başqa, kənd təsərrüfatı və ərzaq məsələlərinə diqqət çəkmək, həmçinin ictimaiyyəti maarifləndirmək məqsədilə hər il fərqli mövzulara toxunaraq müxtəlif tədbirlər həyata keçirilir.

Bu il FAO daha qlobal bir məsələni qabartmaq məqsədilə “Ümumdünya Qida Günü”nün şüarını “Sıfır aclıq” (“Zero Hunger”) olaraq təyin edib və hesab edir ki, bütün dünya insanları birlikdə, ortaq çalışaraq buna 2030-cu ildə nail ola biləcək.

Bu gün dünyada hər 9 insandan biri, bütövlükdə isə 821 milyon insan aclıqla mübarizə aparır və bu rəqəm durmadan artmaqdadır. Bütün bu dövrlər ərzində Dünya Qida Təhlükəsizliyi və Qidalanma qurumunun (The State of Food Security and Nutrition in the World) araşdırmalarına görə insanların kifayət qədər qida qəbul edə bilməməsi məsələsində çox kiçik irəliləyişlər qeydə alınıb. Belə ki, aclıq son 3 il ərzində 10 il əvvəlki səviyyələrə qayıdır. Vəziyyət Cənubi Amerika və Afrikanın əksər bölgələrində daha da pisləşir.

2030-cu ilə qədər aclıq olmadan sülhə nail olmaq məqsədilə, iqlim dəyişkənliyinə və ekstremal hava hadisələrinə cavab olaraq ərzaq sistemlərinin və insanların yaşayış imkanlarının daha da inkişaf etdirilməsi, artan ərzaq çatışmazlığının və qidalanmanın müxtəlif formalarının yüksək səviyyədə olmasına nail olmaq üçün FAO  Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  ilə birlikdə çoxsaylı yeni proqramların və tədbirlərin icrasını həyata keçirməyi planlayır.

FAO-nun dünyanı aclıqdan uzaq bir yaşam mərkəzinə çevirmək üçün diqqət çəkmək istədiyi məsələlər isə əsasən aşağıdakılardan ibarətdir:


İsraf etmədən qidalanma - Əgər yediyiniz qidadan artıq qalıbsa, onu dondurun, daha sonra digər yeməklərin yanında istifadə edin. Çox ac deyilsinizsə, restoranlardan yemək sifariş etdikdə yarım porsiya sifariş edin. 


İdarə edilən istehsala keçid - 2050-ci ildə artan əhalinin 9 milyarda çatacağını nəzərə alaraq, fermerlər yeni, daha məhsuldar ərzaq istehsal üsulları tapmalıdırlar. İnteqrasiya olunmuş əkinçiliyin istifadəsinə keçməklə, fermerlər məhsul həcmini və mənfəətini artırmaqla yanaşı, təsərrüfatların torpaq keyfiyyətinin yaxşılaşdırılmasına nail ola biləcəklər.


Sağlam qidalanmaya keçid - Həyat çox sürətlə davam edir, belə olduğu halda qısa vaxt ərzində sağlam və qidalandırıcı yemək hazırlamaq o qədər də asan deyil. Qidanın ən sağlamı isə az element qatılmaqla hazırlanmış olanıdır. Yaxşı olar ki, bildiyiniz bu tip reseptləri ətrafınızla paylaşasınız.

Sosial medianın gücü -  Hər kəs aclığın aradan qaldırılmasına kömək edə bilər. Aclığı aradan qaldırmaq, məlumat və resursları bölüşmək, yenilikçi strategiyaları inkişaf etdirmək və aclıqla mübarizədə yeni imkanlar açmaq üçün ölkələr, qurumlar və xalqlar birlikdə  və ortaq çalışmalıdırlar. Bu mövzu ictimailəşdirilməli və hər kəs “Sıfır aclıq ”  (“Zero Hunger”) sloqanını başlıq edərək öz sosial media hesablarında bu haqda fikir və düşüncələrini paylaşaraq məsələyə biganə qalmadıqlarını nümayiş etdirməlidirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də öz növbəsində sağlam qidalanmanın təşviqi və “Ümumdünya Qida Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirməkdədir. Bu günün mahiyyətinə uyğun olaraq qeyd olunması, sağlam qidalanma, qidanın israf olunmaması və paylaşımında iştirak  cəmiyyətin hər bir üzvünün sosial məsuliyyəti və vətəndaşlıq borcudur.


Ümumdünya Qida Gününüz mübarək!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41