Modern.az

İsveçrədən qayıdan azərbaycanlı jurnalist Bakıda CƏRİMƏLƏNDİ  

İsveçrədən qayıdan azərbaycanlı jurnalist Bakıda CƏRİMƏLƏNDİ  

9 Oktyabr 2018, 15:22

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli dünən Bakıya gəlib və vətəndə problemlə üzləşib.


Modern.az xəbər verir ki, bu barədə məlumat verən Elbəyi Həsənli partiyadaşı Gülağa Aslanlının iddiası əsasında məhkəmədə cərimələndiyini qeyd edib:

“Dünən gecə Bakı Hava Limanında saxlanıldım. Ailəmlə Sürixdən Bakıya tətilə gəlmişdim. Polis idarəsində 2 saat olduqdan sonra, buraxdılar. Dedilər ki, bu gün saat 11-də Binəqədi Rayon Polis İdarəsində olmalıyam. Getdim. Oradan Ədliyyə Nazirliyinin Nizami Rayon Şöbəsinə aparıldım. Səbəb? Gülağa Aslanlı məni Müsavat Partiyası adından 2016-cı ildə məhkəməyə verib. Çünki mən partiyanı saxta sənədlər alveri ilə məşğul olmaqda ittiham etmişdim. Yazmışdim ki, Qərbdə əsl müsavatçılar deyil, partiyaya dəxli olmayan fırıldaqçılar oturum alır. Bu da rəzalətdir, Müsavat Partiyası adına yaramaz hərəkətdir.

Ədliyyə Nazirliyinin tələbi belədir; təkzib verməliyəm. 1 manat+10 manat Gülağa Aslanlıya ödəmələr...”.

E.Həsənli 1995-ci ildən Müsavatın üzvü olduğunu xatırladaraq, Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri  Gülağa Aslanlını qınayıb. O, partiyanı saxta sənədlər alveri ilə məşğul olması barədə geniş yazı ilə çıxış edəcəyini də vurğulayıb.

Elbəyi Həsənli əvvələr “Yeni Müsavat” qəzetində işləyib. O, 2003-cü ildə İsveçrəyə mühacirət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir