Modern.az

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir" - Tunisin XİN başçısı

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir" - Tunisin XİN başçısı

9 Oktyabr 2018, 19:32
"Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidirlər".
 
 
Modern.az report-a istinadən xəbər verir ki, bunu Tunisin xarici işlər naziri Xemayes Cinaoyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bügünkü iclası zamanı azərbaycanlı deputat Rəfael Hüseynovun sualına cavab olaraq bildirib.
 
 
"Tunis BMT-nin sənədləri ilə üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə hazırdır. Lakin Tunisin mövqeyi ondan ibarətdir ki, ölkələr problemlərini öz aralarında həll etməlidirlər. Tunis digər ölkələrin özünün daxili məsələlərinə qarışmasına imkan vermədiyi kimi, özü də digər ölkələrin daxili məsələlərinə qarışmır. Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini öz aralarında sülh yolu ilə həll etməlidirlər”, - o deyib.
 
 
Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.
Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı