Modern.az

Köçəryana yaxın olan məşhur biznesmenə ittiham

Köçəryana yaxın olan məşhur biznesmenə ittiham

Dünya

10 Oktyabr 2018, 00:43

Erməni biznesmen Samvel Mayrapetyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Modern.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında iş adamının vəkili Aleksandr Sirunyan bildirib.

S.Mayrapetyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 38-311-ci maddəsinə əsasən (rüşvət almaqda yardımçı olmaq) ittiham irəli sürülüb.

 

O isə irəli sürülən ittihamı rədd edib.

 

Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları eks-prezident Robert Köçəryanın yaxın adamlarına nəzarəti gücləndirib. İddiaya görə, buna səbəb “əks-inqilabi gücləri” sıradan çıxarmaqdır. Nəzarətin gücləndirildiyi şəxslərdən biri də “Moskva” kinoteatrı və “Paradiz” şirkətinin sahibi Martin Adoyandır. O, Samvel Mayrapetyanın yaxın adamlarından sayılır. Mayrapetyanın və Köçəryanın digər dostlarının neytrallaşdırılması sayəsində hökumət müqavimət zəncirini qırmağa çalışır.

 

Mayrapetyan iki gün öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır