Modern.az

Türkiyə Ermənistanın qarşısında 2 şərt qoydu

Türkiyə Ermənistanın qarşısında 2 şərt qoydu

Dünya

10 Oktyabr 2018, 11:12

Türkiyə parlamentinin sədri Binəli Yıldırım ermənistanlı vitse-spiker Eduard Şarmazanovun Ankaranı ittiham edən çıxışına cavab verib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Avrasiya parlamentlərinin spikerlərinin Antalyada keçirilən sammitində söz alan Yıldırım iki ölkə arasında münasibətlərin normallaşması üçün 2 əsas şərtin olduğunu bildirib.

 

“Əgər siz doğurdan da Ermənistanla Türkiyə arasında münasibətləri nizama salmaq istəyirsinizsə, tarixçilərin məşğul olmalı olduğu “erməni soyqırımı” iddiasından vaz keçməlisiniz. Həmçinin, Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etməlidir”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar