Modern.az

“Prezidentlərin görüşü cəbhədə gərginliyi azaldıb”

“Prezidentlərin görüşü cəbhədə gərginliyi azaldıb”

Qarabağ

10 Oktyabr 2018, 14:21

Müstəqil Dövlət Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan görüşü şərh edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşünün təmas xəttində gərginliyi azaltdığını deyib.

 

“Mən özüm şahidi olmuşam ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir-birinə yaxınlaşaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Nəticə göz qabağındadır- indi konfliktli bölgədə gərginlik azalıb”.

 

Sergey Lebedev iki ölkə başçısının gələcəkdə də ünsiyyətlərini davam etdirəcəklərinə ümid ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır