Modern.az

Boş qalan deputat yerlərinə seçki keçirilə bilər  

Boş qalan deputat yerlərinə seçki keçirilə bilər   

10 Oktyabr 2018, 15:10

“Bilirsiniz ki, hazırda boş qalan deputat yerləri var. Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi haqda müzakirələr məntiqlidir. Bunun da müəyyən proseduru var”.


Bu sözləri Modern.az-a müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, parlamentin buraxılması ilə bağlı Konstitusiyada nəzərdə tutulmuş şərtlər ortada deyil.


“Konstitusiyadan kənar da parlamentin hansısa qaydada buraxılması mümkün deyil. Parlamentin buraxılması ilə bağlı fikirlərin sadəcə müzakirə olduğu qənaətindəyəm”.

 


Qeyd edək ki, Prezident İlham Əliyevin bu il aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt ücüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezidentin aprelin 21-də imzaladığı sərəncama əsasən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

 

Xatırladaq ki, ötən il Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına (14 saylı Xəzər ikinci seçki dairəsi) xitam verilib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev isə vəfat edib.

Beləliklə də deputatların sayı 125-dən 119-a enib.

 

Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda, parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir