Arxiv
10 Oktyabr 2018, 16:27 | TƏHSİL
“İstanbulda yüzlərlə azərbaycanlı hərf-rəqəm tanımır, oxuma-yazma bilmir” - MÜSAHİBƏ  

Müsahibimiz İstanbulda fəaliyyət göstərən "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" Dərnəyi nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədovadır. Modern.az saytı onunla söhbəti təqdim edir

- Şərqiyyə xanım İstanbulda rəhbəri olduğunuz məktəb hansı zərurətdən yarandı?

- Əvvəla onu qeyd edim ki, mən 44 ildir ki, bir gün də fasilə vermədən orta, orta ixtisas və ali təhsil sisteminin bütün pillələrində çalışmışam. Müəllim olmaqla bərabər, həm də ictimai fəaliyyət göstərmişəm. Azərbaycan Respublikası Qadınlar Şurasında sədr müavini, Bakı Şəhəri Qadınlar Şurasının sədri, Azərbaycan Əsgər Anaları Komitəsində sədr müavini vəzifələrində çalışmışam. Hər zaman da bir müəllimə olaraq millətin və dövlətin təməli saydığım insan kapitalının formalaşmasında, məktəblilərimizin, gənclərimizin layiqli vətəndaş olmasında, həyata hazırlanmalarında fədakarcasına səy göstərmişəm. Yetişdirdiyim, həyata hazırladığım minlərlə ləyaqətli insan bu gün mənim qürur mənbəyimdir.

Hazırda Azərbaycanda “Maarifçi Qadınlar’’ İctimai Birliyinin sədriyəm. 2013-cü ildə “Azərbaycan Maarifçi Qadınlar’’ İctimai Birliyini təsis etdikdən sonra təhsil sahəsində ictimai fəaliyyətimi daha da gücləndirdim.

Bu İctimai Birliyin sədri olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqələrində təhsillə bağlı layihələrin qalibi oluram. Təhsil sahəsindəki fəaliyyətimi həm də bir ziyalı və müəllim olaraq vicdan borcum hesab edirəm.

İstanbuldakı rəhbəri olduğum məktəbin yaranma zərurətinə gəldikdə isə onu deyə bilərəm ki, ani bir təsadüfdən məni düşündürən zərurət yarandı. Türkiyənin İstanbul şəhərində televiziya verlişlərinin birində erməni millətindən olan şəxsin 16 nəfər məktəbyaşlı uşağı toplayıb, savadsız qalmasınlar deyə, dərs keçdiyini gördüm. Bu mənzərə məni çox təsirləndirdi, həm də necə deyərlər, silkələdi və düşünməyə vadar etdi. Həmin andan etibarən mənim bu sahədə araşdırmalarım başladı.

İpucu axtarmağa - İstanbuldakı həmvətənlərimin kompakt yaşadığı bölgələri öyrənməyə cəhd etdim. Müəyyən ünvanları tapıb istanbula səfər etdim. İstanbulda yüzlərlə soydaşımızın hərf, rəqəm tanımadan, oxuma-yazma bilmədən, həyatlarına davam etdiklərinin şahidi olduqdan sonra bütün aidiyyatı dövlət qurumlarına “Maarifçi Qadınlar’’ Birliyinin rəhbəri olaraq məktub yazıb, vəziyyəti izah etməyə çalışdım.

Müxtəlif ünvanlara yazdığım məktubların hamısı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilirdi. Hörmətli nazirimiz Ceyhun Bayramov təhsil nazirinin müavini olarkən onunla 2-3 dəfə bu məsələ ilə bağlı görüşümüz olub.

Bəhs etdiyimiz soydaşlarımız 90-cı illərin əvvəllərindən etibarən mənfur qonşularımız tərəfindən məcburən cəlb edildiyimiz müharibənin zorluqlarından əziyyət çəkərək, qardaş Türkiyənin İstanbul şəhərinə köç etmiş vətəndaşlarımızdır. Onların bir qismi bu ölkəyə gələrkən qanuni yollarla yaşamaq hüququ əldə etsə də, əksəriyyəti maddi vəziyyətlərinin imkan verməməsindənmi, qanunları bilməmələrındənmi - qanuni yaşamaq hüququna sahib ola bilmədikləri üçün qeydiyyatsız yaşamağa davam ediblər. Nəticədə bu gün hərbi xidmətə çağrılan gənc adını, soyadını yaza bilmir. Bir nəslin hələ də cahil, savadsız böyüdüyünün şahidi olduq.

Azərbaycanın dövlət qurumları da xarici ölkədəki əməkçi miqrantların övladlarına bu ölkədə məktəb açmaq məsələsində müəyyən çətinlliklərlə üzləşdiyindən, bu vəziyyət davam etməkdə idi.

Mən 45 illik pedaqoji fəaliyyətimə, müəllimlik təcrübəmə güvənərək, bütün elmi fəaliyyətimi zəiflədərək, İstanbulda məktəb açmağa qərar verdim. Hafizəmdə artıq bu layihənin sxemini hazırlamışdım. Hansı yolla olursa-olsun, bunu etməli idim!

Niyyəti gözəl olanların yolunda Tanrının məşəli yanır. Mənim də bu çətin və məşəqqətli yolda yardımçım uca Tanrı və ailəm oldu.

Bələd olmadığım İstanbul, tanımadığım insanlar... O qədər çətin anlarım, günlərim olub ki, bunu yazmaq, ifadə etmək bir romanın mövzusudur.

İki illik get-gəldən sonra “Azərbaycan Təhsil Mədəniyyət və Sosial Həmrəylik’’ dərnəyi qurdum. Dərnəyin nəzdində vətəndaşlarımıza təhsil vermək üçün Türkiyə dövlətindən qanuni icazə əldə edildi. Dediyim kimi - çox çətin oldu, amma oldu.


- Məktəb Dərnəyin nəzdində fəaliyyət göstərir?

- Bəli, məktəbi dərnəyin nəzdində açdıq. İdarə heyətinin qərarı ilə məktəbdə böyük dramaturq, şair, filosof, görkəmli pedaqoq, türkçülük ideologiyası uğrunda həyatını qurban vermiş Hüseyn Cavidin adını verdik.

- Bu gün məktəbə dəstək olan varmı?

- Bəli var. Azərbaycan Respublikasının Təhsil Nazirliyi şagirdlərimizi pulsuz dərsliklərlə, şagirdin şəxsi işi ilə, sinif jurnalları ilə və digər tədris ləvazimatları ilə təmin edir. Dərsliklər dövlət hesabına İstanbula təyyarə ilə gətirilir.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun göstərişi ilə məktəbimizə elektron lövhə verilib.

Millət vəkili Adil Əliyevin dəstəyini xüsusi qeyd etmək istəyirəm. İki dəfə məktəbimizə gəlib, uşaqlarla görüşüb, maddi və mənəvi dəstək olub.

Biz də şəkildə gördüyünüz bu gözəl balaların timsalında dilimizin gözəlliklərini, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, əxlaqi-mənəvi dəyərlərimizi yaşatmağı, qardaş ölkədə Vətənimizi, millətimizi ləyaqətlə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq.

Biz bu gül balaları, körpə fidanları təhsilə cəlb etməklə onları qoruma altına aldıq. Müxtəlif cinayətkar dəstələrə qoşulmaqdan, insan alveri qurbanı olmaqdan xilas etdik. Aralarında çox istedadlı uşaqlar var. Onları düzgün istiqamətləndirməliyik.

Biz böyük bir millətin övladları – Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Məhəmməd Tağı Sidqinin, Hüseyn Cavidin, Həsən bəy Zərdabinin və başqa maarifpərvər ziyalıların varisləriyik. Yolumuz elm, təhsil yoldur. Onların müqəddəs işinin davamıdır. Həm də Vətən, millət, Allah qarşısında, həm də vicdan qarşısında borcumuzdur.

Elnur Eltürk

P.S. Məktəblə əlaqə saxlamaq istəyənlər [email protected] elektron ünvanına yaza bilərlər.


VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41