Modern.az

Vətən uzaqda deyil  

Vətən uzaqda deyil   

10 Oktyabr 2018, 16:56

Nüfuzu fəth edir cümlə-cahanı,
Dillərdə dolaşır şöhrəti-şanı,
Unutmarıq bir an Azərbaycanı!
''Hər şey vətən üçün!'', bacı-qardaşlar,
Vətən uzaqda deyil, əziz soydaşlar!


Könüllü edirik biz hər xidməti,
Daim gücləndirək, güclü dövləti.
Hər zaman yaşadaq Cümhuriyyəti!
O bizi gözləyir, doğma yoldaşlar,
Vətən uzaqda deyil, əziz soydaşlar!


Şanlı tarixini yada salacaq,
Bu yurdun əsgəri zəfər çalacaq,
Qarabağ bizimdir, bizim qalacaq!
Əbədi canlansın o qan yaddaşlar,
Vətən uzaqda deyil, əziz soydaşlar!


Libasımız bayraq, millət dərzimiz,
Dəyərlər eynidir, ortaq dərdimiz,
Diasporla işdir həyat tərzimiz!
Sevək bu ölkəni, ey vətəndaşlar,
Vətən uzaqda deyil, əziz soydaşlar!


Toğrul Abbas 
Bakı
01.09.2018 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır