Arxiv
11 Oktyabr 2018, 11:30 | QARABAĞ
Girovlardan daha məktub gəlmir - Ailələri NARAHATDIR

“İki aydan çoxdur ki, Şahbazdan məktub almırıq”.

Bu barədə Modern.az-a erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxınları sonuncu dəfə iyulun 29-u girova məktub yazıblar:

“Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) zəng etdim ki, iki aydır qardaşıma yazdığımız məktuba cavab almırıq. Komitə səbəbini izah edə bilmədi və bir xəbər olsa, sizə bildirəcəyik, dedilər. Avqust ayında BQXK əməkdaşları girovlara baş çəkiblər. Amma bizə heç bir məktub, məlumat çatdırılmayıb”.

İradə Quliyeva girovlara məktub yazmağa imkan yaradılmadığı barədə iddialara da münasibət bildirib. Girovun bacısı bunu inandırıcı hesab etmir:

“Şahbaz vaxtaşırı bizə yazırdı, durumundan, halından xəbər verirdi. Çox müəmmalıdır ki, iki aydır məktubumuza cavab yoxdur. Ümid edirəm ki, heç olmasa bizim son yazdığımız məktub ona çatıb”.

İşğal olunmuş ərazilərimizdə girov saxlanan digər həmvətənimiz Dilqəm Əsgərovun ailəsi isə 2017-ci ilin noyabrından bu günə qədər girovdan məktub almır. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, dəfələrlə BQXK əməkdaşlarına bu barədə müraciət edib:

“Onlar isə sadəcə atamın məktub yazmaq istəmədiyini əsas gətirirlər. Təbii ki, buna inanmıram. Necə olur ki, atam 11 aydır məktub yazmaq istəməsin? Düşünürəm ki, Ermənistan hakimiyyəti atamın bizə yazmağına imkan vermir”.

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.


İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 


Aysel Aslan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnsanlığın faciəsi 25 May 2019, 16:56 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52