Modern.az

Paşinyan: “Qarabağ nümayəndələri danışıqlar prosesində iştirak etməyəcək”

Paşinyan: “Qarabağ nümayəndələri danışıqlar prosesində iştirak etməyəcək”

Qarabağ

11 Oktyabr 2018, 14:41

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda 17-ci Frankofoniya Sammtinin açılış çərçivəsində “Frans-Press” agentliyinə müsahibə verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni hökumət rəhbəri növbəti dəfə ziddiyyətli açıqlamalar verib.

 

“Cənab Əliyevlə apardığım müzakirələr Qarabağ münaqişəsinin həlli barədə deyil, sülh danışıqlarının mümkün olması üçün mövcud şəraitin yaradılması ilə bağlı idi. Münasibət şərtlər olmadıqca, əsas məqsədə çatmaq mümkün deyil”.

Onun sözlərinə görə, tərəflər təmas xəttində vəziyyətin gərgin olduğunu etiraf ediblər.

 

Nikol Paşinyan "Dağlıq Qarabağ"ın danışıqlar prosesində iştirak etməyəcəyini də deyib.


“Danışıqlar prosesi ATƏT-in Minsk Qrupu formatında Azərbaycan və Ermənistan arasında davam edəcək. Çünki Azərbaycan Qarabağ nümayəndələri ilə danışıqlar aparmaq istəmədiyini açıqlayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar