Arxiv
11 Oktyabr 2018, 15:26 | HADİSƏ
Avtomobil verilən dini icmaların SİYAHISI açıqlandı  

“Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir. Bunu bilmək üçün ölkə Prezidentinin bu barədə sərəncamına baxmaq kifayətdir. Həmin sərəncamda göstərilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna 400 min manat ayrılsın”.

Bunu Modern.az-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib.


Mehman İsmayılov bildirib ki, dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir.

“Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan dini icmaların böyük əksəriyyətinin maddi-texniki təhcizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb”.

M.İsmayılov deyib ki, o ki, qaldı avtomobillərin hansı icmalara verilməsinə, bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub.


“Onu da deyim ki, dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyaclı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilmiş dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir. Onu da qeyd edim ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub”.

 

Hal-hazırda avtomobillər verilən 14 dini icmanın siyahısı:

 

  •  
  • Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyaratgahı” məscidi dini icması

     

     

     

  •  
  • Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması

     

     

  •  
  • Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması

     

     

  •  
  • Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icması

     

     

  •  
  • Tərtər rayonu “Cümə” məscidi dini icması

     

     

  •  
  • Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması

     

     

     

  •  
  • Şuşa şəhəri “Gövgər Ağa Cümə” məscidi

     

     

  •  
  • Biləsuvar şəhəri “Cümə” məscidi dini icması

     

     

  •  
  • Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması

     

     

  •  
  • Şəki şəhəri “Ömər Əfəndi” məscidi dini icması

     

     

  •  
  • Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icması

     

     

     

  •  
  • Sabirabad şəhəri “Heydər” məscidi dini icması

     

     

  •  
  • Gədəbəy şəhəri “Cümə” məscidi dini icması

     

     

  •  
  • Qazax şəhəri “Cümə” məscidi dini icması

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47