Arxiv
11 Oktyabr 2018, 17:37 | AKTUAL
Ermənistandan Azərbaycana gətirilən şirniyyatla bağlı AÇIQLAMA  

Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan Respublikasında istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb.

 

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.


Bununla əlaqədar Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə Ermənistan mənşəli məhsulların ölkəmizin gömrük ərazisinə idxal olunması qadağandır və bu kimi məhsulların rəsmi idxal əməliyyatları zamanı gətirilməsi qeydə alınmayıb. Gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə bu istiqamətdə zəruri tədbirlərin görülməsini təmin edib. Yəni, Ermənistan mənşəli malların gömrük nəzarətindən keçirilməklə kommersiya məqsədilə ölkəyə gətirilməsi mümkün deyil. 


Lakin fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə güzəştli qaydada ölkə ərazisinə gətirilən məhsullar arasında bəzi hallarda Ermənistan mənşəli spirtli içkilər, kofe və digər bu kimi ərzaq məhsulları, tütün məmulatları qeydə alınıb və onları gətirən şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.


Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş ay ərzində ümumilikdə 30 kq miqdarında müxtəlif ərzaq məhsullarını güzəştli qaydada ölkə ərazisinə gətirə bilər və bu halda həmin şəxslərin gətirdiyi ərzaq bağlamalarının arasında Ermənistan istehsalı məhsulların olması ehtimalına qarşı risk analizləri əsasında gömrük nəzarəti tətbiq olunur. Bağlamalardakı məhsulların tək-tək yoxlanılması, oradakı malların etiketlərinə baxış keçirilməsi isə gömrük nəzarətinə sərf olunan vaxtın xeyli uzanmasına, bu da öz növbəsində gömrük-sərhəd buraxılış məntəqələrində insanların ləngiməsinə və sıxlıqlara səbəb ola bilər. Əlbəttə, hər bir vətəndaş xarici ölkələrdən öz şəxsi tələbatı üçün qanunvericiliyə müvafiq olaraq istənilən məhsulu gətirə bilər. Lakin yazılmamış qanunlar da var. Müharibə şəraitində olduğumuz, ərazi bütövlüyümüzə qəsd edən bir ölkənin məhsulunu gətirən vətəndaş cəmiyyət qarşısında mənəvi öhdəçiliyini, vicdanını və məsuliyyət hissini unutmamalıdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - REPORTAJ 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40