Modern.az

Prezident Qubada yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırdı

Prezident Qubada yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırdı

11 Oktyabr 2018, 18:06

Azərbaycan Prezidenti İlham Əliyevoktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!