Modern.az

“Land Cruiser” piyadanı vurdu - BAKIDA

“Land Cruiser” piyadanı vurdu - BAKIDA

11 Oktyabr 2018, 19:04

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi "Toyota Land Cruiser" markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq