Arxiv
11 Oktyabr 2018, 19:10 | AKTUAL
Rövşən Rzayev geniş iclas keçirdi, tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclas keçirilib.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında ölkəmizdə ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra olunduğunu, dinamik inkişafın getdiyini,  xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd edib və bildirib ki, sabitliyin, uğurlu inkişafın təməlində cənab Prezidentin apardığı düşünülmüş siyasət və xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır.

Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılması ilə bağlı tapşırıq verib. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə verilmiş tapşırıqları uğurla icra edir. Eyni zamanda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında məcburi köçkünlərlə iş sahəsində vəziyyətlə bağlı ciddi iradlar bildirib, o cümlədən onların yeni mənzillərə köçürülməsi prosesinin daha şəffaf və ədalətli şəkildə aparılmasını tələb edib.

Qeyd olunub ki, komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq.   

Eyni zamanda şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi  hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaqdır.

Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40