Modern.az

Azərbaycan Güllə Atıcılığı üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Azərbaycan Güllə Atıcılığı üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

11 Oktyabr 2018, 20:28

Bu gün Avstriyanın Viena şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib. Modern.az xəbər verir ki, toplantıda 2020-ci ildə keçiriləcək ISSF Dünya Kubokları ücün nəzərdə tutulan şəhərlərin yekün siyahısı təsdiq edilib. Ümumilikdə, 15 şəhər 2020-ci il ISSF Dünya Kuboklarını keçirmək arzusunda olduğunu bildirib. 2020-ci ilin Olimpiya ili olduğu nəzərə alınaraq, Dünya Kubokları əvvəlki illərdə bu səpkili tədbirlərin təşkilində təcrübəyə və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik olan ölkələrə verilib. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verən iki atıcılıq kompleksin olduğunu və 2014-ci ildən etibarən Azərbaycanda mütamadi keçirilən bütün beynəlxalq yarışlar yüksək səviyədə təşkil olunduğunu nəzərə alaraq, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.

2020 Dünya Kuboklarının ümumi təsdiq edilən şəhərlərin siyahısı:

Birgə Dünya Kubokları (Stend və Güllə atıcılığı)

1. Tokyo, JAPAN

2. New Delhi, INDIA

 

Güllə Atıcılığı üzrə Dünya Kubokları

1. Munich, GERMANY

2. Gabala, AZERBAIJAN

 

Stend Atıcılığı üzrə Düya Kubokları

1. Nicosia, CYPRUS

2. Chateauroux, FRANCE

 

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyası hər il stend atıcılığı üzrə 4 (dörd) və güllə atıcılığı üzrə 4 (dörd) Dünya Kubokun mərhələ yarışları keçirir. Bu Dünya Kuboklardan ikisi birgə keçirilir, digər ikisi isə ayrı-ayrılıqda keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu