Arxiv
12 Oktyabr 2018, 10:04 | AKTUAL
“Gənclər arı kimi halal olsunlar”

“İnsan var ailəsi üçün yaşayır, insan var kəndi üçün yaşayır, insan var xalqı üçün yaşayır. Mən bunları yaşaya-yaşaya görürəm. Ancaq, arılar bütün dünya üçün yaşayırlar”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Balakən rayonundan olan arıçı, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı İlqar Mamedov deyib.

 

O təbiətin gücünün ildən-ilə zəifləməsindən narahat olduğunu deyib: “Təbiətin ildən-ilə zəifləməsi məni də narahat edir. Biz hamımız bir sual altında qalmışıq - niyə təbiət şıltaqlıq edir? Bunlar təbii ki, arıların məhsuldarlığına da öz təsirini göstərir. Bu gün xaricdən damazlıq arı cinsləri gətirilir. Mən şəxsən öz yerli  arı cinslərimizin bəslənməsinin tərəfdarıyam”.

 

İlqar Mamedov öz təcrübəsini arıçılarla bölüşmək istəyindədir: “Arını ilk növbədə gənədən qorumaq lazımdır. Arıda qırtlaq və boğaz gənəsi olur. May ayında çərçivədə şanın ancaq 5 sm hündürlüyünü saxlayırıq, qalanını atırıq. Arılar yenidən boş qalmış yerə şan toxumağa başlayır. Həmin şan erkək arılar üçündür və onlar 24 günə yumurtadan çıxır. Gənələr də tez qaçır, yeni yaranan yuvalara doluşur. Onlar da 21 gündən sonra yumurtadan çıxır.

 

Bax, həmin gənə yumurtaları ilə dolu şan  yenidən kəsilib atılır və bununla da biz arı ailəsini gənələrdən xilas edirik. Meyvə ağaclarının çiçək dövründə onlara dərman vurulur. Arılar həm dərmanlanmış meyvə ağaclarından,  həm də cır xurma ağacından zəhərlənirlər. Bunun üçün 3 faizli peroksid məhlulunu 1 litr qaynadılmış  və sonradan soyudulmuş suda həll edib hər üç gündən bir çərçivələrə çiləmək lazımdır”.

 

Arıçı deyir ki, bol məhsul almaq üçün təbiəti qorumalıyıq: “Bizim bölgədə əsasən arılar nektarı akasiya və şabalıd ağaclarından alır. Arıçılıq insanı kamilləşdirir, insanı təbiətə daha yaxından bağlayır. Meşələri arıçılara tapşırsalar, daha səmərəli olardı. Pis arı yoxdur, pis arıçı var. Gənclərə məsləhətim budur ki, arı kimi halal olsunlar. Arı yetişdirəndə pis tərəfi düşünməsünlər, çünki arıdan ziyan gəlməz. Bu gün biz  arılarımızın yığdığı balın keyfiyyətini laboratoriyadan keçirməklə öyrənirik. Mən deyərdim ki, laboratoriya bir yox, iki olmalıdır, yəni alternativ laboratoriyanın da olması vacibdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürlük məhbuslara görə Prezidentə müraciət edildi 20 May 2019, 14:40 Sahibkarlıq subyektləri niyə bağlanır? - Deputat fakt açıqladı, iqtisadçı şərh etdi 20 May 2019, 14:34 Havar Məmmədov Gürcüstana getdi – azərbaycanl təlbələrlə görüşdü 20 May 2019, 14:32 Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq 20 May 2019, 14:25 Bakıda gülməli küçə adları: Sallaqxana, Kərpic, Zavod, Pioner,  Komsomol… 20 May 2019, 14:21 Koordinasiya Şurası İtaliyada “Azərbaycan Evi” yaradacaq 20 May 2019, 14:09 Nazirlik: “Sosial proqramların uğuru bəzi dairələrdə dərin narahatlıq yaradıb” 20 May 2019, 13:45 Kamal Abdulla Hindistan səfiri ilə görüşdü   20 May 2019, 13:40  “Nar” gənclərə iş imkanları təklif edir 20 May 2019, 13:39 “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir 20 May 2019, 13:37 Sabah yağış yağacaq - PROQNOZ 20 May 2019, 13:36 Arvadı və qızını bıçaqlayan şəxs tutuldu 20 May 2019, 13:27 Nazir: “AvroLiqanın finalı ilə bağlı mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır” 20 May 2019, 13:27 Kürdəmirdə DƏHŞƏT: Ata 2 yaşlı qızını öldürdü 20 May 2019, 13:24 Arif Məlikovun heykəli üçün Komissiya yaradılacaq 20 May 2019, 13:24 Mehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıb 20 May 2019, 13:21 Paşinyan xəyanət İZİNDƏ: “Onlar Qarabağı satmağa hazırdır” 20 May 2019, 13:17 “Seçicilərimdən başqa, kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 13:11 XİN Misirdə saxlanılan azərbaycanlı HAQDA 20 May 2019, 13:10 Xınalıqdakı muzey bələdçisinin möhtəşəm ifası - REPORTAJ 20 May 2019, 13:07 Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb - PROBLEM 20 May 2019, 12:51 Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi   20 May 2019, 12:47 Ukraynanın müdafiə naziri istefa verdi 20 May 2019, 12:40 Gözlər yoldan yığılarmı... - XIX YAZI 20 May 2019, 12:23 İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı   20 May 2019, 12:14 Avropa Liqasının finalına görə daşıyıcılara tapşırıq verildi 20 May 2019, 12:08 Ukraynanın yeni prezidenti and içdi - Rada buraxıldı 20 May 2019, 11:55 Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır 20 May 2019, 11:50 Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   20 May 2019, 11:35 “20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40