Modern.az

Sumqayıt Dəmiryol vağzalı istifadəyə verilir

Sumqayıt Dəmiryol vağzalı istifadəyə verilir

Aktual

12 Oktyabr 2018, 13:29

Bu ilin sonunadək Sumqayıt Dəmiryol vağzalının istifadəyə verilməsi gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

 

O bildirib ki, işlər Bakı Dairəvi dəmir yolunun tikintisi çərçivəsində aparılır. Layihə Bakı və Sumqayıtı bir sıra ətraf qəsəbələrdən keçməklə bir-birinə bağlayacaq:

 

“Dairəvi yolla hər iki istiqamətdə 15 qatar hərəkət edəcək. Onların sayı arta və ya azala bilər. Burada 14 stansiya olacaq və 30 minə yaxın sərnişinə xidmət göstəriləcək. 20-yə yaxın yeraltı və yerüstü keçid nəzərdə tutulub. Bakı-Sumqayıt istiqamətində işlər artıq başa çatıb, Sumqayıtdan əks istiqamətə isə davam edir. Sumqayıtdan Sabunçuyadək olan hissədə işlər demək olar ki, görülüb, Bakı Dəmiryolu Vağzalından Sabunçu vağzalınadək işlər davam edir. Bu ilin sonunadək Sumqayıt Dəmiryol vağzalının istifadəyə verilməsi gözlənilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır