Arxiv
12 Oktyabr 2018, 14:16 | İQTİSADİYYAT
Bakının yanacaqdoldurma məntəqələrində FIRILDAQ - 55 l tutan maşına 61 l benzin “vurulub”

Zaman-zaman Bakıdakı yanacaqdoldurma məntəqələri ilə bağlı şikayətlər səsləndirilir. Bəzi sürücülər ödənilən pulun müqabilində maşınlara yancağın az vurulduğunu, digərləri isə benzinin keyfiyyətsiz olduğunu deyirlər.  Əvvəllər belə hallarla bağlı şikayətlər bir qayda olaraq Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinə ünvanlanırdı. Bu ilin aprelində həmin komitə ləğv olunandan sonra vətəndaşlar hara şikayət edəcəklərini bilmirlər. Yanacaqdoldurma məntəqələrindən isə narazlılıq bitib-tükənmir. Bəs vətəndaşlar hansı quruma müraciət etsiblər?


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, yanacaqdoldurma məntəqələri ilə bağlı problemlər uzun illərdir yaşanır.

“Bu narazılıq hələ Sovet vaxtından üzü bəri davam edir. Yanacaq satışı sahəsində qeyri-şəffaflıq, ictimai nəzarətin sıfır vəziyyətində olması faktdır. Buradakı problemlərin həlli ilə bağlı dövlət qurumlarına müraciət etmək olar. Hamıya məlumdur ki, bizim “Lukoyl”la məhkəmə işimiz var. “Lukoyl” çəni 55 litr tutan avtomobilə guya 61 litr benzin vurub. Bununla bağlı əlimizdə rəsmi sənədlər də var.  “Lukoyl” həmin işlə bağlı məni məhkəməyə verib, məndən 5000 manat təzminat tələb edir”.


E.Hüseynov bildirib ki, digər yanacaqdoldurma məntəqələrində də bu kimi problemlər var:

“Yanacaqdoldurma məntəqələrində olan cihazlara Standartlaşdırma İnstitutu nəzarət edir. Onlar 6 aydan bir yoxlama aparmalıdır. Yancaqdoldurma məntəqələrində çalışanların “çörək boltu” adlandırdıqları bir bolt var. Həmin boltu sağa vurarsansa sayğac göstərər, lakin az benzin vurur, sola vurarsansa başqa bir hiylə olar. Bizə gələn şikayətlər arasında vətəndaşların avtomobillərinə vurulan benzinin bir hissəsinin 3-4 metrlik şlankların içərində qalması ilə bağlı məsələlər də yer alır”.

 

Eyyub Hüseynov deyib, dünyanın bir çox ölkəsində yanacaqdoldurma məntəqələrində operatorlar yoxdur:
 

“Azərbaycanda nədənsə operatorlara pul verib saxlayırlar, guya xidmət göstərirlər. Əslində operatorlar insanları aldatmaq üçün lazım olan adamlardır. Bizə məlumatlar gəlir ki, bir çox yanacaqdoldurma məntəqələrində günün sonunda operatorlar növbə rəislərinə pul verirlər, istehlakçılardan oğurladıqları pulları. İstehlakçılar mütləq kassa çeki alsınlar, tablolara nəzarət etsinlər. Elə operatorlar var ki, gözünü bir an yana edəndə ayrı bir rəqəm yazır və az yanacaq vurur. Belə hallar olanda vətəndaşlar İqtisadiyyat Nazirliyinə, eləcə də Azad İstehlakçılar Birliyinə yazılı ərizə ilə müraciət etsinlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25