Modern.az

Qarabağda əsgər öldü, zabiti həbs etdilər

Qarabağda əsgər öldü, zabiti həbs etdilər

Qarabağ

12 Oktyabr 2018, 16:12

Ermənistanda əsgər ölümünə görə tağım komandiri həbs olunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sıravi Qevorq Aroyanın sistematik zorakılığa məruz qaldığı üçün intihar etməsi faktı üzə çıxıb.

 

İntihar həddinə çatdırmaq ittihamı tağımız kiçik çavuşuna qarşı irəli sürülüb. Həmçinin, idarəetmə sayıqlığını itirdiyi üçün tağım komandiri, kapitan rütbəli hərbçiyə qarşı da cinayət işi açılıb və o göz altına götürülüb.

 

Qeyd edək ki, Qevorq Aroyan oktyabrın 1-də Qarabağdakı döyüş məntəqələrindən birində intihar etmişdi.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı