Modern.az

“Niyə özümüzə medal təsis etmirik?” - Siyavuş Novruzov

“Niyə özümüzə medal təsis etmirik?” - Siyavuş Novruzov

Aktual

12 Oktyabr 2018, 16:40

Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb.

Modern.az-ın məlumatına görə, deputat söyləyib ki, hakimiyyətin bütün strukturları özünün medalını təsis edir, amma Milli Məclisin özünün təsis etdiyi medal yoxdur:

“Milli Məclisin xatirə medalı var, lakin onun daşınması mümkün deyil. Milli Məclisin 100 illiyi hər gün olmur. 10-30 il parlament üzvü olan insanlar var.

Niyə bu insanlar medallarla təsis edilməsin? Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik. Belə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı