Modern.az

Türkiyə amerikalı keşiş Bronsonu azadlığa buraxdı

Türkiyə amerikalı keşiş Bronsonu azadlığa buraxdı

Dünya

12 Oktyabr 2018, 17:42

Türkiyə məhkəməsi amerikalı keşiş Endryu Bronsonu azadlığa buraxıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə “FETÖ” ilə əlaqədə ittiham olunan Bronsonu 3 il müddətinə azadlıqdan məhrum edib. Amma onun istintaq müddətində həbsdə qalmasını nəzərə alaraq sərbəst buraxıb.

 

Həmçinin, onun Türkiyə ərazisini tərk etməsinə də heç bir maneə qalmayıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!