Modern.az

Ağcabədidə məktəb tikintisinə vəsait ayrıldı - SƏRƏNCAM

Ağcabədidə məktəb tikintisinə vəsait ayrıldı - SƏRƏNCAM

12 Oktyabr 2018, 18:00

Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Modern.az xəbər verir ki, sərəncama görə, Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi