Arxiv
12 Oktyabr 2018, 19:45 | AKTUAL
Dövlət İmtahan Mərkəzi Siyavuş Novruzovun etirazına cavab verdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov qəbul imtahanları ilə bağlı yeni qaydaların gec açıqlanmasına etiraz edib.

“Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil”, - deyə S.Novruzov bildirib.

Dövlət İmtahan Mərkəzin (DİM) komitə sədrinin etirazına münasibət bildirib. Modern.az-ın məlumatına görə, DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Azvision.az-a açıqlamasında deyib ki, ali məktəblərə yeni qəbul modeli 2017-ci ilin oktyabr ayında ictimaiyyətə təqdim olunub. Həmin vaxtdan etibarən qəbulun hansı qaydalar və model əsasında aparılacağına dair məlumatlar yayılıb.

Qurum rəsmisi vurğulayıb ki, bununla bağlı Dövlət İmtahan Mərkəzinin bütün elmi-metodiki seminarlarında müzakirələr aparılıb, rəhbərlik tərəfindən təhsil ictimaiyyəti, valdiyenlərlə görüşlər keçirilib və görüşlərdə yeni model təqdim olunub.

DİM sözçüsü, həmçinin qeyd edib ki, hazırda yeni modelin müəyyən detalları məlum olub və bu detallar ictimaiyyətə təqdim olunub.

“Əvvəlcədən bildirilmişdi ki, şagirdlərin biliklərinin qiymətləndirilməsi yeni qaydalara uyğun aparılacaq. Orada nəzərdə tutulan bilik və bacarıqların yoxlanılması yeni test modeləri tətbiq edilməklə həyata keçiriləcək. Bununla bağlı kifayət qədər məlumat verilib. Dövlət İmtahan Mərkəzi orta mətkəblərdə monitorinq imtahanları keçirib, yeni növ test tapşırıqlarından istifadə edib. 2015-ci ildə monitorinq imtahanlarının nəticələri dərc olunub”.

X.Xanlarzadə əlavə edib ki, bu il 11-ci sinfi bitirən məzunlar yeni qəbul qaydaları, açıq tipli test tapşırıqları, yeni modellə artıq tanışdırlar. “Çünki Dövlət İmtanan Mərkəzi tərəfindən 9-cu sinifdə təhsil alanların yeni model əsasında imtahanı iki il bundan öncə həyata keçirilib. Yəni, bu il 11-ci sinfi bitirən ilk kurikulum məzunları artıq bu tapşırıqlarla tanışdırlar. Ötən ilin oktyabr ayında qəbul imtahanın modeli ictimaiyyətə təqdim olundu. Bütün KİV-də bu dərc olundu və müzakirələr aparıldı. Yeni qəbul modelinin əsasında keçən ilin may ayında sınaq imtahanı keçirilmişdi ki, şagirdlər bu modelə öyrəşsinlər. Burada əsas məqsəd ondan ibarətdir ki, yaddaş məktəbindən təfəkkür məktəbinə keçid olsun. Bunun əsasında da qəbul qaydaları yeniliklərə məruz qalmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48