Modern.az

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe-çay yerini bağlamalı olacağıq”

Spiker deputatlara xəbərdarlıq etdi: “O kofe-çay yerini bağlamalı olacağıq”

16 Oktyabr 2018, 13:32

Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad tutub.

Modern.az-ın məlumatına görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin səsverməsi zamanı yetərsay qeydə alınmayıb.

Deputatların cəmi 79-u səsvermədə iştirak edib. Yetərsayın olmamasına görə isə spiker deputatlara iradını bildirib:

“Deyəsən o kofe-çay yerini bağlamalı olacağıq. Onsuz da çoxlarının paxıllığı tutur. Amma belə getsə, bağlanacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?